Ucnoqta.az
www.ucnoqta.az

İsa Həbibbəyli vəzifədən gedir? - Namizədlər isə ...

15:10 - 13 İyul 2026 tarixində dərc olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəylinin vəzifədən gedəcəyi ilə bağlı iddialar səngimir.

Mümkün rəhbərlik dəyişikliyi baş verərsə, elm cameəsində idarəçilik təcrübəsi və akademik nüfuzu ilə seçilən bir neçə şəxsin adı potensial namizəd kimi dəyərləndirilir.

Arif Həşimov – ən təcrübəli namizədlərdən biri

Akademik Arif Həşimov 2022-ci ildə İsa Həbibbəyli seçilənədək AMEA prezidentinin səlahiyyətlərini icra edib. O, Akademiyanın idarəçilik mexanizmini yaxından bilən, uzun illər rəhbər vəzifələrdə çalışmış alimlərdəndir. Bu baxımdan mümkün dəyişiklik olacağı təqdirdə ən çox adı hallanan şəxslərdən biri hesab edilir.

 

İbrahim Quliyev – tətbiqi elm və innovasiya xəttinin təmsilçisi

Akademik İbrahim Quliyev neft, geologiya və enerji sahəsində tanınmış alimdir. Onun üstünlüyü tətbiqi elmlə dövlət siyasəti arasında əlaqələrin qurulması, elmi nəticələrin iqtisadiyyata inteqrasiyası istiqamətindəki fəaliyyəti ilə əlaqələndirilir.

Gövhər Baxşəliyeva – humanitar elmlərin nüfuzlu siması

Akademik Gövhər Baxşəliyeva uzun illər AMEA sistemində rəhbər vəzifələrdə çalışıb. Şərqşünaslıq sahəsində nüfuzlu alim kimi beynəlxalq elmi əlaqələri və təşkilati təcrübəsi onu mümkün namizədlər sırasında göstərən amillərdən hesab olunur.

Seçim nədən asılı olacaq?

Mümkün rəhbər dəyişikliyi zamanı əsas meyarlar AMEA daxilində idarəçilik təcrübəsi, dövlətin elm siyasətini həyata keçirmək bacarığı, beynəlxalq elmi əlaqələr, islahatların davam etdirilməsi potensialı, innovasiya və rəqəmsallaşma istiqamətində baxış hesab ediləcək. ///Bakıvaxtı.az

Müəllif: Ucnoqta.az redaksiyası