Aİ səfirləri Brüsseldə Aİ xarici işlər nazirlərinin görüşünə qədər 21-ci sanksiya paketi barədə razılığa gələ bilməyiblər.
Ucnoqta.az bildirir ki, bu barədə Aİ diplomatik xidmətinin rəhbəri Kaja Kallas məlumat verib.
"21-ci sanksiya paketi üzərində iş hələ başa çatmayıb. Hələlik razılaşma yoxdur və hələ də açıq suallarımız var" -Kallas deyib.
O əlavə edib ki, Rusiyaya qarşı yeni enerji, bankçılıq və ixrac məhdudiyyətlərini nəzərdə tutan 21-ci paket əvəzinə Aİ xarici işlər nazirləri "müxtəlif fəaliyyətlərlə məşğul olan" 250 şəxsin qara siyahıya salınmasını təsdiqləyəcəklər.
O vurğulayıb ki, bu, ara şəxsi məhdudiyyətlərin ən böyük bloku olacaq.
Avropa Komissiyası nazirlər görüşündə 21-ci sanksiya paketini qəbul etməyi planlaşdırırdı.