Ucnoqta.az
www.ucnoqta.az

Biliç Xorvatiya milli komandasına rəhbərlik edəcək

10:36 - 13 İyul 2026 tarixində dərc olunub.

Slaven Biliç Xorvatiya milli futbol komandasının baş məşqçisi vəzifəsinə qayıtmağa razılıq verib.

Ucnoqta.az bildirir ki, bu barədə jurnalist Aleks Kruk sosial media səhifəsində məlumat verib.

Onun sözlərinə görə, təyinat tezliklə baş tutacaq.

Xatrıladaq ki, 2017-ci ilin oktyabrından bəri Xorvatiya millisinə rəhbərlik edən Zlatko Daliçin 8 iyulda baş məşqçi vəzifəsindən istefa verib.

Biliçin 57 yaşı var və xorvatiyalı mütəxəssisin son iş yeri 2023-cü ildən 2024-cü ilə qədər Səudiyyə Ərəbistanındakı "Əl-Fateh" olub.

Müəllif: Ucnoqta.az redaksiyası