Ucnoqta.az
www.ucnoqta.az

Oman İrana nota verdi

16:21 - 12 İyul 2026 tarixində dərc olunub.

Oman xarici işlər nazirinin müavini Xalid bin Haşel əl-Musəlhi İranın Məsqətdəki səfiri Musa Fərhəngi çağıraraq ona Oman ərazisinə pilotsuz təyyarə hücumları ilə bağlı etiraz notası təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sultanlığın Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, diplomat Musandam və Əl-Vusta əyalətlərindəki hədəflərə pilotsuz təyyarə hücumlarından sonra çağırılıb. Görüş zamanı əl-Musəlhi Məsqətinin bu məsuliyyətsiz hərəkətlərdən narazılığını bildirib.

Nazir müavini dövlət suverenliyi, mehriban qonşuluq, daxili işlərə qarışmamaq və iki qonşu ölkəni və onların xalqlarını birləşdirən norma və mənəvi dəyərlərə hörmət prinsiplərinə riayət etməyin vacibliyini vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası