Ucnoqta.az
www.ucnoqta.az

Bakıya gələn sərnişin avtobusu aşdı - Çox sayda xəsarət alan var

09:51 - 12 İyul 2026 tarixində dərc olunub.

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası