Abşeron rayonunda talama cinayətləri qeydə alınıb.
DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənə məxsus velosipedi, digər bir vətəndaşın avtomobilindən akkumulyatoru və Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən nağd pul oğurlayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı E.Kərimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun oğurladığı velosiped və akkumulyatoru satdığı məlum olub.
Araşdırmalar davam etdirilir.