Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 47 cinayətin üstü açılıb - DİN

09:38 - 11 İyul 2026 tarixində dərc olunub.

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası