Ucnoqta.az
www.ucnoqta.az

"Barselona" futbolçusu PSJ-yə keçəcək

08:59 - 11 İyul 2026 tarixində dərc olunub.

İspaniya millisinin yarımmüdafiəçisi Ferran Torres "Barselona"dan PSJ-yə keçməyə razılıq verib.

Ucnoqta.az bildirir ki, bu barədə "Sky Sports"un jurnalisti Luka Bendoni məlumat verib.

Mənbənin məlumatına görə, oyunçunun özü "Barselona" ilə müqaviləsinin uzadılması ilə bağlı problemlərə görə transferi istəyir. Torresin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

26 yaşlı Torres 2022-ci ildən "Barselona"da oynayır.

Müəllif: Ucnoqta.az redaksiyası