Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə 86 yaşlı qadının meyiti tapıldı

17:37 - 10 İyul 2026 tarixində dərc olunub.

Göygöl rayonunda 86 yaşlı qadının meyiti tapılıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Şəhriyar kəndində baş verib.

Məlumata görə, kənd sakini 1940-cı il təvəllüdlü qadının üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası