Ucnoqta.az
www.ucnoqta.az

"Nuxba" xüsusi təyinatlı qüvvələrinin komandiri öldürüldü

15:51 - 10 İyul 2026 tarixində dərc olunub.

İsrail Qəzzada HƏMAS-ın hərbi qanadı olan "Nuxba" xüsusi təyinatlı qüvvələrinin komandirini öldürüb.

Ucnoqta.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisi məlumat verib.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının cənubuna zərbə endirib və 7 oktyabr 2023-cü ildə qırğın zamanı Reim hərbi bazasına hücum edən HƏMAS-ın hərbi qanadı olan Nuhba bölməsinin komandiri Yəhya Həmdanı öldürüb.

Qeyd olunur ki, zərbədən əvvəl mülki şəxslərə dəyən ziyanı minimuma endirmək üçün addımlar atılıb.

Müəllif: Ucnoqta.az redaksiyası