Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan Türkiyənin S-400-ləri yenidən satacağını elan edə bilər - CNN Türk

15:48 - 10 İyul 2026 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-ci ildə Rusiyadan tədarük edilən S-400 zenit-raket sistemlərinin üçüncü ölkəyə yenidən satılacağını elan edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Hökumətyönlü "Hürriyet" qəzeti mənbələrinə görə, S-400-lərin Fars körfəzi ölkəsinə, çox güman ki, BƏƏ və ya Qətərə yenidən satılacağını bildirib.

Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollara S-400 hava hücumundan müdafiə sistemlərinin dörd diviziyasını alıb.

Müəllif: Ucnoqta.az redaksiyası