Ucnoqta.az
www.ucnoqta.az

Tayvanda 400-dən çox uçuş ləğv edilib

14:50 - 10 İyul 2026 tarixində dərc olunub.

Tayvan aviaşirkətləri cümə axşamı adanın şimal hissəsinə yaxınlaşacağı gözlənilən "Bavi" supertayfunu səbəbindən 10 və 11 iyul tarixlərində planlaşdırılan yüzlərlə daxili və beynəlxalq uçuşu ləğv edib.

Ucnoqta.az xəbər verir ki, "Taiwan News"a görə, aviaşirkətlər sərnişinləri uçuşların nə vaxt tam bərpa olunacağı məlum olmadığı üçün yeniləmələri izləməyə çağırıblar.

10 iyulda 415 uçuş ləğv edilib - 154 daxili, eləcə də 261 beynəlxalq və tranzit uçuş. Tayfun səbəbindən şənbə günü sərnişin uçuşları bərpa olunmazsa, ləğv edilmiş uçuşların ümumi sayı təxminən 900-ə çata bilər.

Bundan əlavə, "Focus Taiwan" informasiya portalına görə, Tayvanı ətraf adalar və Çin materiklə birləşdirən 114 bərə xidməti ləğv edilib. Bərə xidmətinin bərpası 11 və 12 iyul tarixlərində hava və dəniz şəraitindən də asılı olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası