Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə otlaq sahədə mina partladı

14:06 - 10 İyul 2026 tarixində dərc olunub.

Kəlbəcər rayonunda mina hadisəsi baş verib.

Ucnoqta.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə otlaq sahədə baş verib.

Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur.

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) faktı təsdiqləyiblər.

Müəllif: Ucnoqta.az redaksiyası