Ucnoqta.az
www.ucnoqta.az

"Bu qanun o zaman qəbul ediləndə yanlış olduğunu deyirdik axı, ..."

12:48 - 10 İyul 2026 tarixində dərc olunub.

"Bu gün Milli Məclis doğru bir qərar verdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv edilir".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb. İqtisadçı bildirir ki, bir neçə il öncə qəbul edilmiş qanuna görə, müəyyən müddətdə valyutanı (öz pulunu ha) xaricdən gətirməyənə 3 ilə qədər iş düşürdü:

"Vaxtilə qəbul edilmiş qanun ciddi çətinliklər yaradırdı. Bu qanun qəbul ediləndə ciddi etiraz etdik, yanlış, məntiqsiz olduğunu söylədik, hətta, vətəndaşın mülkiyyət hüquququnun pozulması olduğunu dedik, iqtisadi fəaliyyətə böyük zərbə vuracağını söylədik, dinləmədilər. Bu illər ərzində yüzlərlə vətəndaş cərimələndi, həbs edildi, məsuliyyətə cəlb edildilər. 

Və nəhayət, indi özləri də anladılar, bu mənasız, yanlış qərar ləğv edilir – yaxşı, bəs onlarla zülm görmüş, cərimə edilmiş, həbs yatmış insanların haqqı nə olacaq?! Niyə hər dəfə, “qulağı kəsib sonra sayırsınız”? Bu qanun o zaman qəbul ediləndə yanlış olduğunu deyirdik axı, niyə dinləmirdiniz?”.

Müəllif: Ucnoqta.az redaksiyası