Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda avtomobil ayını vuraraq öldürüb

10:45 - 10 İyul 2026 tarixində dərc olunub.

İsmayıllıda avtomobil ayını vuraraq öldürüb.

Ucnoqta.az xəbər verir ki, hadisə ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunda, Basqal qəsəbəsi ərazisində qeydə alınıb.

Turizm şirkətinə məxsus avtomobil hərəkətdə olan zaman yola çıxan ayını vurub. Ayı ölüb, avtomobilə ciddi ziyan dəyib.///apa

Müəllif: Ucnoqta.az redaksiyası