Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatlarında keçirdiyi oyunların sayına görə Fransa yığmasının rekordunu təkrarlayıb.
Ucnoqta.az xəbər verir ki, bu rekord indiyədək 2018-ci il dünya çempionu, qapıçı Hüqo Lyorisə məxsus idi.
Hücumçu Mərakeş millisinə qarşı keçirilən dörddəbir final oyununa start heyətində çıxmaqla dünya çempionatlarındakı oyunlarının sayını 20-yə çatdırıb. Beləliklə, Mbappe və Lyorisin hər ikisinin hesabında mundiallarda 20 oyun var. Lyoris 2022-ci il dünya çempionatından sonra Fransa millisindəki karyerasını başa vurub.
27 yaşlı Kilian Mbappe 2024-cü ildən İspaniyanın "Real Madrid" klubunun formasını geyinir.