Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna tezliklə ABŞ-dan Patriot raketləri alacaq - Zelenski

00:00 - 10 İyul 2026 tarixində dərc olunub.

Ukrayna tezliklə ABŞ-dan Patriot sistemləri üçün PAC-3 tutucu raketlərinin bir partiyasını alacaq.

Ucnoqta.az xəbər verir ki, UNIAN xəbər agentliyinin verdiyi məlumata görə, Ukrayna prezidenti Volidimir Zelenski bunu mətbuat konfransında açıqlayıb.

"Yaxın günlərdə ABŞ-dan bir paket alacağıq və avropalılarla ayrıca razılaşmalarım da var idi. Hələlik konkret tarixlər yoxdur, lakin əlavə PAC-3 raketləri olacaq", - deyə Zelenski jurnalistin Ankarada keçirilən NATO sammitindən sonra Ukraynanın tərəfdaşlarından PAC-3 raketlərinin tez bir zamanda çatdırılmasını gözləyib-gözləməməsi ilə bağlı sualını cavablandırarkən bildirib.

Zelenski həmçinin qeyd edib ki, Kiyev və Vaşinqton Ukraynada Patriot raketlərinin istehsalı ilə bağlı razılığa gəliblər.

Müəllif: Ucnoqta.az redaksiyası