Ucnoqta.az
www.ucnoqta.az

BƏƏ prezidenti İranın hücumundan bir neçə saat sonra Küveytə gəlib

13:53 - 9 İyul 2026 tarixində dərc olunub.

BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İranın əmirliyə pilotsuz təyyarə və raket zərbəsi endirməsindən bir neçə saat sonra Küveytə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əmirliyin "The National" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, BƏƏ liderini Küveyt əmiri Şeyx Mişaal Əl-Əhməd Əl-Cabir Əs-Sabah qarşılayıb.

Əmirlik nümayəndə heyətinə həmçinin vitse-prezident, baş nazirin müavini və BƏƏ Prezident Aparatının rəhbəri Şeyx Mənsur bin Zayed Əl Nəhyan, baş nazirin müavini və daxili işlər naziri Şeyx Seyf bin Zayed Əl Nəhyan və digər yüksək vəzifəli şəxslər daxil olub.

Müəllif: Ucnoqta.az redaksiyası