Ucnoqta.az
www.ucnoqta.az

88 yaşlı qadın evində ölü tapıldı

12:50 - 9 İyul 2026 tarixində dərc olunub.

Bakıda 88 yaşlı qadın evində ölü tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə iyulun 8-də saat 15 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində baş verib. Qəsəbə sakini 1938-ci il təvəllüdlü Raisa Takayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası