Ucnoqta.az
www.ucnoqta.az

Bakıda akkumulyatorlar oğurlayan şəxs saxlanılıb

12:39 - 9 İyul 2026 tarixində dərc olunub.

Abşeron rayonunda şirkətlərin birinə məxsus olan yük avtomobillərindən ümumi dəyəri 4000 manat olan akkumulyatorlar oğurlanıb.

Ucnoqta.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən Ə.Abbasov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun akkumulyatorları satdığı, habelə rayon ərazisində daha bir nəfərə məxsus velosiped və təmir-tikinti alətləri oğurladığı da müəyyən edilib.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası