Ucnoqta.az
www.ucnoqta.az

Çayda çimən 4 nəfəri ildırım vurdu

12:14 - 9 İyul 2026 tarixində dərc olunub.

ABŞ-da insanların üzdüyü suya ildırım düşüb.

Ucnoqta.az bildirir ki, WINK News bu barədə məlumat verib.

Faciə Körfəz sahilində baş verib. İldırım bir nəfərin ölümünə, üç nəfərin isə yaralanmasına səbəb olub. Kişini həyata qaytarmağa çalışsalar da, onun xəsarətləri ölümcül olub.

Şahidlərin sözlərinə görə, 51 yaşlı Viktar Kirik çiynindən sinəsinə qədər yanıq xəsarətləri alıb. Digər xəsarət alanlar xəstəxanaya aparılıb.

Xilasetmə xidmətləri sakinləri və turistləri ildırımın ilk əlamətində dərhal sığınacaq axtarmağa çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası