Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 4 avtomobili talayan şəxs saxlanılıb

11:59 - 9 İyul 2026 tarixində dərc olunub.

Sumqayıt şəhəri, Abşeron və Binəqədi rayonlarında 4 avtomobildən pul və mobil telefon oğurlanıb.

DİN-dən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən Q.Kərimov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhəri ərazisində başqa bir şəxsə məxsus avtomobilə ziyan vurduğu da müəyyən olunub. Həmin şəxsdən əlavə olaraq narkotik vasitə heroin də aşkar edilərək götürülüb. 

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası