Ucnoqta.az
www.ucnoqta.az

Avropalı parlamentarilər İnfantinonun hərəkətlərinin araşdırılmasını tələb edir

10:24 - 9 İyul 2026 tarixində dərc olunub.

.Avropa Parlamentinin (MEP) bir neçə üzvü ABŞ milli komandasının oyunçusu Folarin Balogunun cəzasının qaldırılmasından sonra FIFA prezidenti Canni İnfantinoya qarşı araşdırma aparılmasını tələb edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Yenilənmə Avropası" qrupundan olan MEP üzvü Barri Endryu bildirib.

O, 27 milli Avropa futbol assosiasiyasına ünvanladığı məktubda yazıb: "Aydın olaq ki, FİFA-nın qırmızı vərəqə cəzası qaydasını turnirin ortasında dəyişdirmək qərarı rüsvayçılıq və qanunun təhrif olunmasıdır. Bir daha İnfantinonun və FİFA-nın Tramp administrasiyasının tələblərinə boyun əydiyini görürük". 

Qanunvericilərin fikrincə, Avropa futbol federasiyaları "FIFA-nın yüksək vəzifəli rəsmilərinin məsuliyyətə cəlb edilməsini tələb etmək məsuliyyətinə malikdirlər". Məktubu Avropa Parlamentinin altı parlament qrupundan 72 üzvü imzalayıb.

ABŞ milli komandasının oyunçusu Folarin Balogun 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə (2-0) oyunda müdafiəçi Tarik Muharemoviçə qarşı kobud hərəkətə görə qırmızı vərəqə alıb. Amerikalı oyunçu rəqibinin ayağının arxasına topu ilə zərbə endirib. Reuters agentliyinin məlumatına görə, Tramp şəxsən İnfantinodan qadağanı ləğv etməsini istəyib.

Müəllif: Ucnoqta.az redaksiyası