Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb

10:17 - 9 İyul 2026 tarixində dərc olunub.

İyulun 8-də ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası