Ucnoqta.az
www.ucnoqta.az

İİKK ABŞ-ı hədələdi

07:33 - 9 İyul 2026 tarixində dərc olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İranın dəniz və aerokosmik qüvvələrinin Küveyt və Bəhreyndə yerləşən Amerika hərbi bazalarına raket və pilotsuz təyyarələr endirdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət televiziyası IRIB məlumat yayıb.

İİKK hədəflərin Küveytdəki Əli əs-Salim və Arifcan bazaları, eləcə də Bəhreyndə yerləşən Əl-Cufair və Şeyx İsa bazaları olduğunu qeyd edib.

İİKK həmçinin xəbərdarlıq edib ki, ABŞ-ın daha çox hücumu halında Tehran cavab tədbirlərini genişləndirməyə və Yaxın Şərqdəki digər ABŞ hərbi bazalarına zərbə endirməyə hazırdır.

Müəllif: Ucnoqta.az redaksiyası