ABŞ ordusu Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək üçün İrana qarşı zərbələri bərpa edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X-də dərc olunmuş açıqlamada bildirib.
"Ali Baş Komandanın rəhbərliyi altında CENTCOM qüvvələri Hörmüz boğazında naviqasiya azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıb", - açıqlamada deyilir.