Ucnoqta.az
www.ucnoqta.az

MİQ-ə hazırlaşan müəllimlər etiraz edirlər

20:50 - 8 İyul 2026 tarixində dərc olunub.

Aylardır müəllimlərin işə qəbul imtahanına hazırlaşan şəxslər etirazlar edirlər.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Elçin Əfəndiyev bildirib. Ekspert müəllimləin haqlı olduğunu qeyd edir.
"Əvvəla, ona görə ki, MİQ imtahanının 1-8 iyul aralığı keçiriləcəyilə bağlı rəsmi açıqlama verilməsinə baxmayaraq, imtahan keçirilmədi və bu gün 8 iyul olduğu halda, ümumiyyətlə imtahan tarixləri məlum deyil.
İkincisi, ərizə qəbulunun başa çatmasına baxmayaraq, ayrıca sistemə ödəniş üçün bir də qeydiyyat yaradılıb və burada da xidmət haqqı olaraq 0.40₼ vəsait tələbi də qoyulub.
Dövlət İmtahan Mərkəzinin şəffaf sistemini qurmaq bu qədər çətindir?
Həmin sistem kimi normal ərizə qəbulu, birbaşa vəsaitin ərizə qəbulu zamanı sistemə köçürülmə imkanı nə çətin işdir ki, prosesi bu qədər yubadıb insanları narahat və narazı salırsınız?
55000-60000 insan sizin yarıtmazlığınızın əziyyətini niyə çəkməlidir?
Gec olmadan tarixləri elan edin, insanlar plan, proqramlarını bilsinlər".

Müəllif: Ucnoqta.az redaksiyası