Ucnoqta.az
www.ucnoqta.az

Bu gecə İrana güclü zərbə endiriləcək - Trampdan XƏBƏRDARLIQ

17:08 - 8 İyul 2026 tarixində dərc olunub.

Amerika qüvvələri yaxın saatlarda İrana daha çox zərbə endirmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu Ankarada NATO sammiti çərçivəsində Vladimir Zelenski ilə görüşündə bildirib.

"Dünən gecə onlara çox güclü zərbə endirdik. Bu gecə yenidən zərbə endirə bilərik. Onları xəbərdar edirəm: bu gecə onlara güclü zərbə endirəcəyik. Və nə olacağını görəcəyik", - deyə o əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası