Ucnoqta.az
www.ucnoqta.az

Balakəndə 43 yaşlı kişini sel apardı

17:56 - 8 İyul 2026 tarixində dərc olunub.

Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.

Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Müəllif: Ucnoqta.az redaksiyası