Ucnoqta.az
www.ucnoqta.az

Bakıda mənzildə ər-arvad ölü tapıldı

16:50 - 8 İyul 2026 tarixində dərc olunub.

Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb.

Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

İlkin ehtimala görə, qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası