Ucnoqta.az
www.ucnoqta.az

Fransa Finlandiyaya hərbçilərini göndərəcək

16:37 - 8 İyul 2026 tarixində dərc olunub.

Fransa iyun ayında fəaliyyətə başlayan Finlandiyanın Rovaniemi şəhərindəki yeni NATO İrəli Qüvvələr Qərargahına bir bölmə göndərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Prezident Aparatı tərəfindən dərc edilmiş Helsinki, Paris və Stokholmun birgə bəyanatında bildirilib.

Qeyd olunur ki, Fransa Finlandiya ilə birlikdə qərargah üçün hərbçilər hazırlayacaq.

Xatrıladaq ki, Rovaniemidəki NATO İrəli Qüvvələr Qərargahı 6 iyunda fəaliyyətə başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası