Ucnoqta.az
www.ucnoqta.az

Niyama hədiyyə olunan ev saxta çıxdı

16:28 - 8 İyul 2026 tarixində dərc olunub.

Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib.

Ucnoqta.az axşam.az-a istinadən bildirir ki,  sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:

"Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonra ortaya çıxdı ki, hər şey saxta imiş. Həmin şəxs restoran müdiri idi. Ad günümdə böyük səs-küylə, təmtəraqla guya mənə ev hədiyyə etdi. Amma sonradan məlum oldu ki, sənədlər saxtadır".

Müəllif: Ucnoqta.az redaksiyası