Ucnoqta.az
www.ucnoqta.az

"3 mərtəbəli evdə yaşayırıq, qocalanda ..."

13:00 - 8 İyul 2026 tarixində dərc olunub.

Müğənni İradə İbrahimova şəxsi həyatı ilə bağlı səmimi açıqlaması ilə diqqət çəkib. Sənətçi həyat yoldaşı ilə birlikdə gələcəklə bağlı qurduğu planlardan danışıb.

Ucnoqta.az xəbər verir ki, sənətçi bildirib ki, onlar tez-tez qocalıq illərini necə keçirəcəkləri barədə söhbət edir və birlikdə gözəl günlər yaşamağı arzulayırlar.

Müğənninin sözlərinə görə, gələcəkdə müxtəlif ölkələrə səyahət etməyi, turlara çıxmağı və adaları gəzməyi planlaşdırırlar. O qeyd edib ki, hazırda üçmərtəbəli evdə yaşasalar da, övladları böyüyüb öz həyatlarını qurduqdan sonra daha kiçik bir evə köçmək istəyirlər.

İradə İbrahimova əlavə edib ki, ən böyük arzularından biri dəniz kənarında yaşamaqdır. Sənətçi bildirib ki, həmin dövrdə həyat yoldaşı ilə birlikdə sakit həyat sürmək, balıq ovuna getmək və təbiətin qoynunda vaxt keçirmək istəyirlər.

Müğənninin gələcəklə bağlı bu səmimi etirafı izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.///milli.az

Müəllif: Ucnoqta.az redaksiyası