Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda əməliyyat: Həbs olunan var

12:50 - 8 İyul 2026 tarixində dərc olunub.

Sabirabadda 10 kiloqram narkotik vasitə aşkarlanıb

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı İmran Şabanov saxlanılıb.

Ondan 10 kiloqrama yaxın narkotik vasitə olan heroin, həşiş və marixuana aşkarlanıb. 
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası