Ucnoqta.az
www.ucnoqta.az

“ƏDV geri al” üzrə ödənişlər 104 milyon manatı keçdi

11:52 - 8 İyul 2026 tarixində dərc olunub.

“ƏDV geri al” layihəsi çərçivəsində 104 mln. manatdan çox vəsait istehlakçılara qaytarılıb.

Bu barədə Ucnoqta.az-a Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-iyun ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 104 milyon 259,6 min manat olub.

2026-cı ilin yanvar-iyun aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 4.361,3 min manat təşkil edib.

Müəllif: Ucnoqta.az redaksiyası