Ağdərə rayonun Suqovuşan kəndi ərazisində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 6 nəfər (kişi) 07.07.2026-cı il tarixində saat 21:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Pasiyentlərdən 2 nəfər Mingəçevir şəhərində, 1 nəfər isə Bərdə rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə göndərişlə təmin olunub.
1 nəfər isə öz istəyi ilə tibbi xidmətdən imtina edib.
Hazırda 2 nəfər pasiyentin müalicəsi Tərtər Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.