İsveç Ukraynaya hərbi yardım olaraq 16 ədəd Gripen C/D qırıcı təyyarəsi verəcək və müqavilə çərçivəsində 16 ədəd "Gripen E" qırıcı təyyarəsi tədarük edəcək.
Ucnoqta.az xəbər verir ki, bu, Ankarada keçiriləcək NATO sammitindən əvvəl İsveçin Baş naziri Ulf Kristersson tərəfindən təsdiqlənib.
"Ukrayna hazırda ən son nəsil Gripen E qırıcı təyyarəsi alıb. Biz 16 qırıcı təyyarə üçün müqavilə imzaladıq. Eyni zamanda, eyni sayda mövcud qırıcı təyyarəni təhvil veririk, ona görə də müxtəlif vaxtlarda olsa da, cəmi 32 təyyarə təhvil verəcəyik", - deyə o bildirib.
Kristerssonun sözlərinə görə, Ukraynaya davamlı dəstək İsveçin əsas prioritetidir.
"Onlar bizim köməyimiz sayəsində mübarizəni davam etdirə bilirlər və bu, davam etməlidir. Hazırda bir sıra ölkələr yardım göstərməyə davam edir, lakin digər ölkələr də dəstəyini artırmalıdırlar", - deyə o əlavə edib.