Ucnoqta.az
www.ucnoqta.az

Şüvəlanda dənizdə bir nəfər batıb

10:00 - 8 İyul 2026 tarixində dərc olunub.

7 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

Ucnoqta.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Adıgözəl Ehtibar oğlu Mustafayevin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası