Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib

16:01 - 7 İyul 2026 tarixində dərc olunub.

Prezident İlham Əliyev 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.

Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 184 560,9 min manat, xərclər 38 604 559,6 min manat məbləğində olmaqla təsdiq edilib.

Müəllif: Ucnoqta.az redaksiyası