Ucnoqta.az
www.ucnoqta.az

Göyərtəsində 181 sərnişin olan təyyarənin şassisi qırıldı

15:39 - 7 İyul 2026 tarixində dərc olunub.

Qırğızıstanda təyyarənin şassisi qalxan zamanı qırılıb.

Ucnoqta.az xəbər verir ki, təyyarə yan tərəfə aşıb.

Hadisə Bişkekdəki Manas hava limanında baş verib. Qırğızıstanın TezJet aviaşirkəti tərəfindən idarə olunan təyyarə qalxış zamanı kəskin şəkildə sola əyilib. Təyyarədə 181 nəfər olub, bəziləri yüngül xəsarətlər alıb. Hamı şişmə slaydlar vasitəsilə təxliyə edildi. Təyyarə Oş şəhərinə uçurdu.

Müəllif: Ucnoqta.az redaksiyası