Ucnoqta.az
www.ucnoqta.az

Bir qrup hərbçi təltif edilib

13:42 - 7 İyul 2026 tarixində dərc olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə MN-dən bildirilib.

General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən, müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.

Müəllif: Ucnoqta.az redaksiyası