Ucnoqta.az
www.ucnoqta.az

Tramp NATO sammitinə Ərdoğana görə gəlir

09:37 - 7 İyul 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitinə yalnız Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq qatılacaq.

Ucnoqta.az xəbər verir ki, CNN bu barədə məlumat yayıb.

CNN mənbəyi bildirib ki, ABŞ prezidenti və komandasının üzvlərinə sammitdə iştirakdan imtina etməyin Ərdoğana hörmətsizlik əlaməti olacağı barədə şəxsi məlumat verilib.

Eyni zamanda, Amerika lideri əvvəlcə alyans müttəfiqləri ilə görüşməyə şübhə ilə yanaşıb, onların çoxunun İranla müharibədə ABŞ-ı dəstəkləməməsindən narazı qalıb. 

Trampın çərşənbə axşamı səhəri Ankaraya gəlişi gözlənilir. Türkiyə tərəfi onun üçün ən yüksək səviyyədə rəsmi mərasim hazırlayıb. Yerli müşahidəçilər Ərdoğan və Trampın danışıqlardan sonra ayrıca mətbuat konfransı keçirəcəyini gözləyirlər.

Müəllif: Ucnoqta.az redaksiyası