Ucnoqta.az
www.ucnoqta.az

Banqladeşdə tələbələrin mitinqi zamanı partlayış

07:58 - 7 İyul 2026 tarixində dərc olunub.

Paytaxt Dəkkə yaxınlığındakı Savar şəhərində tələbələr tərəfindən idarə olunan Banqladeş Milli Vətəndaş Partiyası (NCP) tərəfindən təşkil edilən mitinq zamanı güclü partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində ən azı dörd nəfər yaralanıb, onlardan üçünün əməliyyata ehtiyacı var. Partiyanın mətbuat xidmətinin məlumatına görə, partlayış NCP-nin Dəkkə rayonu üzrə koordinatoru Nabila Tasnidin çıxışı zamanı baş verib.

Mitinq Banqladeşin keçmiş Baş naziri Şeyx Hasinaya qarşı tələbələrin etirazlarının ikinci ildönümünü qeyd etmək üçün təşkil edilib.

Hakimiyyət orqanları hələlik partlayışın səbəbini rəsmi olaraq açıqlamayıb və ya hər hansı həbs barədə məlumat verməyib.

Müəllif: Ucnoqta.az redaksiyası