Ucnoqta.az
www.ucnoqta.az

Çində torpaq sürüşməsi baş verib - Dağıntılar altında qalanlar var

07:46 - 7 İyul 2026 tarixində dərc olunub.

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 16 nəfər torpaq altında qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Hadisə iyulun 7-si səhər saatlarında Lonnan şəhərində baş verib. Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanları hadisə yerində işləyir. Hakimiyyət orqanları fəlakət bölgəsində qalanları təxliyə edib.

Müəllif: Ucnoqta.az redaksiyası