Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycandan keçməklə Ermənistana 30 vaqon propan göndəriləcək

14:01 - 6 İyul 2026 tarixində dərc olunub.

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli propan qazı Ermənistana göndəriləcək.

Dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən tranzit keçərək Ermənistana 30 vaqon propan qazı çatdırılması nəzərdə tutulur.

Belə ki, Rusiya mənşəli propan qazı bu gün Biləcəri stansiyasından yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Müəllif: Ucnoqta.az redaksiyası