Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda avtomobil piyadanı vurub

17:39 - 5 İyul 2026 tarixində dərc olunub.

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin M. S. Ordubadi küçəsində qeydə alınıb.
Sabirabad şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mersedes" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası