Ucnoqta.az
www.ucnoqta.az

Su anbarında batan ata və iki övladının meyitləri çıxarıldı

20:01 - 4 İyul 2026 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağdam rayonu ərazisində Xaçınçay su anbarında 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 1985-ci il təvəllüdlü Şərif Şəmsəddin oğlu İsgəndərovun, 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərovun və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərovanın meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası