Ucnoqta.az
www.ucnoqta.az

ABŞ İrana danışıqlarda bir həftəlik fasilə verib

08:28 - 4 İyul 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İslam Respublikasının Ali Lideri Əli Xameneinin dəfn mərasimi ilə əlaqədar İrana danışıqlarda bir həftəlik fasilə verdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Tramp Cənubi Dakotadakı Raşmor dağında 4 iyul Müstəqillik Günü münasibətilə keçirilən çıxışında bildirib.

"Onlar razılaşmaya acdırlar. Onlar razılaşmaya çox can atırlar. Biz onlara dəfn mərasimi üçün bir həftəlik fasilə verdik", - deyə Ağ Ev rəhbəri bildirib.

İranın mərhum Ali Liderinin anım mərasimi 3 iyulda Tehranda başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası