Ucnoqta.az
www.ucnoqta.az

“Qarabağ” daha bir transfer etdi

21:35 - 3 İyul 2026 tarixində dərc olunub.

2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin Mətbuat xidməti məlumat yayıb.

Macarıstanın “Zalaeqerseq” klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi “köhlən atlar”a transfer olunub. Oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Bense Varkonyi 2024-cü ildən “Zalaeqerseq”də çıxış edib. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas “Qarabağ”a qoşulub.

Müəllif: Ucnoqta.az redaksiyası