Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzada daha bir HƏMAS komandirini öldürüb

13:56 - 3 İyul 2026 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının şimalında daha bir zərbə endirdiyini açıqlayıb. 

Ucnoqta.az bildirir ki, İMQ-nin sözçüsünün məlumatına görə, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalına zərbə endirərək HƏMAS-ın Şücaiyyə Batalyonunun Hərbi Təhlükəsizlik İdarəsinin rəhbəri Məhəmməd Naim Candianı öldürüb.

Qeyd olunur ki, 7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə hücumu zamanı öldürülən şəxs Nuhba Xüsusi Təyinatlı Qüvvələrinin "terrorçu bölməsinə komandanlıq edib və girovların qaçırılmasında və saxlanılmasında iştirak edib.

Bildirilir ki, "zərbədən əvvəl mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün addımlar atılıb".

Müəllif: Ucnoqta.az redaksiyası